NAMAZIN MÜQƏDDİMƏSİ - Haqq yolçusunun paklanmaq üçün suya yaxınlaşan zaman riayət etməli olduğu mənəvi qaydalar

"Adabus-səlat" kitabından

Biz bu hissədə iman əhlinin saf qəlbinin nuranilik əldə etməsi üçün "Misbahüş-şəriət" kitabında olan mübarək hədisi nəql edərək onun tərcüməsini yazacağıq.

في مصباح الشريعة قال الامام الصادق عليه السلام : اذا أردت الطهارة والوضوء فتقدم إلى الماء تقدمك إلى رحمة الله فإن الله تعالى قد جعل الماء مفتاح قربته ومناجاته ودليلاً على بساط خدمته ، و كما أن رحمة الله تطهر ذنوب العباد كذلك النجاسات الظاهرة يطهرها الماء لاغير. قال الله تعالى : هو الذي أرسل الرياح بشرا بين يدى رحمته وأنزلنا من السماء ماء طهورا. وقال الله تعالى : وجعلنا من الماء كل شيء حتي أفلا يؤمنون فكما احيا به كل شيء من نعيم الدنيا كذلك برحمته وفضله جعل حياة القلوب الطاعات. وتفكر في صفاء الماء ورقته و ظهره وبركته ولطيف امتزاجه بكل شيء. واستعمله في تطهير الاعضاء التي أمرك الله بتطهيرها (خل و تعبدك بادائها وأت بآدابها في فرائضه و سننه. فإن تحت كل واحدة منها فوائد كثيرة، فاذا استعملتها بالحرمة انفجرت لك عيون فوائده عن قريب ثم عاشر خلق الله كامتزاج الماء بالاشياء يؤدي كل شيء حقه ولا يتغير عن معناه، معتبراً لقول رسول الله صلى الله عليه وآله مثل المؤمن المخلص خ ل الخاص) كمثل الماء ولتكن صفوتك مع الله تعالى في جميع طاعتك كصفوة الماء حين أنزله من السماء وستاه طهورا و طهر قلبك بالتقوى واليقين عند طهارة جوارحك بالماء 

Bu mübarək hədisdə mərifət əhlinin qəlbini dirildən və mənəviyyat əhlinin təmiz ruhuna həyat bəxş edən bir sıra incə və dəqiq məqamlar, işarə və həqiqətlər vardır.

Buyurur: Paklanmaq və dəstəmaz almaq istəyəndə, suya Allahın rəhmətinə üz tutduğun kimi yanaş. Çünki Allah-Taala suyu Özünə yaxınlaşmanın və Özü ilə münacatın açarı, dərgahının bələdçisi etmişdir. Bəndələrin günahını Allahın rəhməti təmizlədiyi kimi, zahiri murdarlığı da başqa şey deyil, su pak edər. Allah-Taala buyurur: "Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən pak bir su nazil etdik." ("Furqan", 48.)

Həmçinin buyurur: "Biz hər bir canlı varlığı sudan yaratdıq."" ("Ənbiya", 30.)

Bu hədisdə suyun Allahın rəhmətinə bənzədilməsinin səbəblərindən biri onun Allahın böyük rəhmət təzahürlərindən biri olmasıdır ki, Allah-Taala onu təbiət aləminə nazil edərək varlıqların həyat mənbəyi edib. Mərifət əhli Allahın uca adlar və sifətlər səmasından nazil olan, zati təzahürləri dirildən geniş rəhməti haqqında "su" ifadəsi işlədir. Suda Allahın geniş rəhmətinin təzahürü digər dünya varlıqlarından daha çox olduğu üçün Allah-Taala onu zahiri murdarlıqlardan təmizlənmə vasitəsi, Özünə yaxınlaşmaq və münacatın açarı, batini rəhmətlərin əsas qapısı olan dərgahının bələdçisi edib. Allahın rəhmət suyu bütün varlıq aləmlərində, bütün qeybi (gizli) və əyani məkanlarda nazil olar, onların hamısında təzahür edər, həmin diyar və aləmə uyğun şəkildə Allahın bəndələrinin günahlarını təmizləyər. Deməli, "əhədiyyət" səmasından nazil olan rəhmət suyu ilə zahiri təzahürlərin gizlilik günahları təmizlənər, "vahidiyyət səmasından nazil olan rəhmət suyu ilə xarici mahiyyətlərin yoxluq günahları paklanar. Bu proses hər mərtəbədə həmin mərtəbənin özünə müvafiq  şəkildə həyata keçər. İnsanlıq aləminin mərtəbələrində də rəhmət suyunun müxtəlif təzahürləri vardır. Zat məqamından Bərzəx varlıqlarına nazil olan su ilə sirr mövcudluq günahları təmizlənər (وجودك نقب لا يقاس به نقب - "Sənin vücudun heç bir günahla müqayisəyə gəlməz bir günahdır.") Ad və sifət məqamlarından, həmçinin feli təzahür məqamlarından nazil olan su ilə sifət və felin görünməsi günahları bağışlanar. Hikmət və ədalət səmasından nazil chan su ilə batini əxlaqı çirklər təmizlənər. Bağışlanma səmasından nazil olan su ilə bəndələrin günahları təmizlənər. Səltənət səmasından nazil olan su ilə zahiri çirklər təmizlənər.

Beləliklə, məlum oldu ki, Allah suyu Öz dərgahına yaxınlıq açarı və Öz mərhəmətinin yayılmasında bələdçi edib. Mübarək hədisdə bundan sonra başqa bir göstəriş verilir və haqq yolçularına digər bir yol göstərilir. Buyurulur:

"Suyun saflığı, yumşaqlığı, paklığı, bərəkəti və onun hər şeylə qarışa bilmək lətafəti barədə düşün. Ondan Allahın təmizləməyi əmr etdiyi uzvlərin təmizlənməsi üçün istifadə et. Vaciblərdə (vacib dini hökmlərdə) və ilahi qanunlarda onun qaydalarına riayət et. Çünki onların hər birində çoxlu faydalar gizlənmişdir və əgər sən onlardan ehtiramla istifadə etsən, çox çəkməz, sənin üçün həmin fayda çeşmələri qaynayar. Bu mübarək hədisdə ümumi şəkildə paklığın mərtəbələrinə işarə olunub və dörd ümumi mərtəbə bəyan edilib. Həmin mərtəbələrdən biri hədisin bu yerinə kimi bəyan edilən bədən üzvlərinin təmizlənməsidir. Orada işarə edilir ki, Allaha doğru hərəkət edən haqq yolçuları əşyaların zahirində dayanıb durmamalı, zahirlərini batinin güzgüsü etməli, surətlərdən həqiqətləri üzə çıxarmalı, zahiri təmizliklə kifayətlənməməlidirlər. Bu, İblisin tələlərindəndir. Haqq yolçusu suyun saflığına diqqət edərək bədən üzvlərinin saflaşdırılmasını düşünməli, onları vacibata və ilahi qanunlara əməl etməklə saflaşdırmalıdır. Bu qanunların zərifliyi ilə bədən üzvlərini yumşaltmalıdır ki, onları təəssüb bərkliyindən çıxarsın, paklıq və bərəkəti bütün bədən üzvlərinə sirayət etdirsin. Suyun digər əşyalarla lətif qarışmasından səmavi-ilahi qüvvələrin təbiət aləmi ilə qarışmasını dərk etməli və təbiət çirkinliklərinin ona təsir etməsinə imkan verməməlidir Bədən üzvlərini ilahi qayda və vacibat (şəriət hökmlərinə mükəmməl şəkildə riayət edərək) libasına bürüdükdən sonra, yavaş-yavaş batini faydalar zahir olacaq və ilahi sirr çeşmələri qaynamağa başlayacaq, ibadət və paklığın bəzi sirləri ona əyan olacaq.

Paklığın birinci mərhələsi və onun göstərişləri yerinə yetirilib qurtardıqdan sonra, ikinci göstərişə keçərək buyurur: "Ondan sonra Allahın yaratdıqları ilə suyun əşyalarla qarışdığı kimi ünsiyyətdə ol. Necə ki o, (su) hər şeyin haqqına riayət edir, amma öz mənasını itirmir. Həzrət Peyğəmbərin (s) "xalis (xas) mömin su kimidir" kəlamı barəsində düşün."

Birinci göstəriş haqq yolçusunun özünün daxili qüvvə və bədən üzvləri ilə rəftarına aid idi. Hədisin bu hissəsindəki ikinci göstəriş insanın Allahın yaratdıqları ilə davranışına aiddir. Bu, haqq yolçusunun məxluqatla davranışını bəyan edən hərtərəfli bir göstərişdir. Bununla yanaşı, buradan xəlvətin həqiqəti də məlum olur. Yəni Allah yolçusu bütün insanlarla gözəl münasibətdə olmaqla və xalqın haqlarını əda etməklə, hər bir insanla onun özünə layiq şəkildə davranmaqla yanaşı, ilahi haqlara da göz yummur, özünün bəndəlikdən və Allaha yönəlməkdən ibarət olan məqsədindən yayınmır. O, çoxluğun arasında olmaqla yanaşı, həm də xəlvətdə olmalıdır və onun məşuqun yeri olan qəlbi yadlardan uzaq, hər hansı bər-bəzəkdən kənar olmalıdır. Sonra üçüncü göstəriş verilir. O, haqq yolçusunun Allah ilə münasibətinə aiddir. Buyurur:

"Gərək sənin Allah-Taalaya qarşı səmimiyyətin suyun Allah tərəfindən səmadan nazil edilərkən "pak" adlandırıldığı vaxtdakı saflığı kimi olsun."

Yəni Allaha tərəf hərəkət edən haqq yolçusu təbiətin təsirindən uzaq olmalıdır. Təbiətin küdurət və zülməti haqq yolçusunun qəlbinə yol tapmamalıdır. Onun bütün ibadətləri bütün növ zahiri və batini şirklərdən uzaq olmalıdır. Su göydən nazil olan zaman pak-pakizə olduğu və hələ çirkinliklərin təsirinə məruz qalmadığı kimi, haqq yolçusunun qəlbi də qeyb səmasından pak-pakizə nazil olub. Gərək o, bu qəlbin Şeytanın və təbiətin təsiri altına düşməsinə imkan verməsin. O Həzrət (ə) bu göstərişdən sonra riyazət əhli və haqq yolçuları üçün son göstərişi bəyan edərək buyurur: "Bədən üzvlərini su ilə təmizləyəndə, qəlbini də təqva və yəqinlə təmizlə".

Bu göstərişdə mərifət əhlinin iki yüksək məqamına işarə edilmişdir. Onlardan biri təqvadır. Təqvanın kamil həddi Allahdan qeyrisinin tərk edilməsidir. İkincisi yəqindir ki, onun da kamil həddi insanın məşuqu öz kənarında müşahidə etməsidir.

(İmam Xomeyninin "Adabus-səlat" kitabından, səh.46-49.)

Maide.az – Maarif bölüm

#adabus_səlatkitabı #imamxomeyni imamsadiq #namaz #dua #dünya 

@MaideTV 




Yorumlar

Bu blogdaki popüler yayınlar

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Rəcəb ayının 15-c gününün məxsus əməlləri

Mübarək Rəcəb ayının 27-ci gününün gecəsinin məxus əməlləri