PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN (S) 14 HƏDİS-7
1-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
خَصْلَتَانِ لَيْسَ فَوْقَهُمَا مِنَ الْبِرِّ شَيْءٌ: الْإِيمَانُ بِاللَّهِ وَ النَّفْعُ لِعِبَادِ اللَّهِ
“Yaxşı işlər içərisində iki xüsusiyyətdən ən üstünü yoxdur: “Allaha iman gətirmək və Allah bəndələrinə fayda vermək.”” (“Təhful-əqul”, səh.35.)
2-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
وَ خَصْلَتَانِ لَيْسَ فَوْقَهُمَا مِنَ الشَّرِّ شَيْءٌ: الشِّرْكُ بِاللَّهِ وَ الضَّرُّ لِعِبَادِ اللَّهِ
“Pis işlər içərisində iki xüsusiyyətdən ən pisi yoxdur: “Allaha şərik qoşmaq və Allah bəndələrinə zərər yetirmək.”” (“Təhful-əqul”, səh.35.)
3-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
لَيْسَ بِخَيْرِكُمْ مَنْ تَرَكَ دُنْيَاهُ لِأَخِرَتِهِ وَلاَ آخِرَتُهُ لِدُنْيَاهُ حَتَّى يُصِيْب مِنْهُمَا جَمِيعًا فَإنَّ الدُّنْيا بَلاَغ إِلَى الأَخِرَةِ وَلاَتَكُوْنُوا كَلاَّ عَلَى النَّاسِ
“Sizin ən yaxşınız dünyasını axirəti üçün, axirətini də dünyası üçün tərk edən şəxs deyil, əksinə o şəxsdir ki, hər ikisindən birgə nəsibini qazansın. Həqiqətən, dünya axirət üçün bir vasitədir və (çalışın ki,) dünya dolanışığı üçün insanlara yük olmayın.”
“Nəhcül-fəsahə”, səh.660, hədis 2393.
4-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
اِذا رَاَيْتَ مِنْ اَخيكَ ثَلاثَ خِصالٍ، فَارْجُهُ: اَلْحَياءُ وَ الاَمانَةُ وَ الصِّدْقُ
“Qardaşının üç xüsusiyətə sahib olduğunu gördükdə, ona ümidvar ol: 1. Həya; 2. Əmanətdarlıq; 3. Düz danışmaq.” (“Nəhcül-fəsahə”, hədis 205.)
5-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
الصَّدَقةُ تَسُدُّ سَبعِينَ بابا مِن الشَّرِّ
“Sədəqə yetmiş şər (bəla) qapısını bağlayır.” (“Biharul-ənvar”, c.96. səh.132, hədis 64.)
6-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
صَنايِعُ الْمَعْرُوفِ يَقى مَصارِعَ السُّوءِ، وَالَصَّدَقَةُ خَفِيّا تُطْفِى ءُ غَضَبَ الرَّبِّ وَ صِلَةُ الرَّحِمِ زيادَةٌ فِى الْعُمْرِ وَ كُلُّ مَعْــرُوفٍ صَدَقَـةٌ
"Yaxşı işlər insanı pis ölümlərdən qoruyur. Gizli sədəqə Rəbbin qəzəbini söndürür. Qohumluq əlaqələri(ni möhkəmlətmək) ömrü uzadır və hər bir yaxşılıq sədəqədir." ("Vəsailuş-şiə", c.11, səh 536.)
7-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
يا اَبـاذر! اِذا اَرادَ اللّه ُ بِعَبـْدٍ خَيـْرا فَقـَّهَهُ فِى الدّينِ وَ زَهَّدَهُ فِى الدّنيا وَ بَصَّرَهُ بِعُيوُبِ نَفْسِهِ.
"Ey Əbuzər! Allah haçan bir bəndənin xeyrini istəsə, onu dində alim, dünyada zahid edər və ona öz eyiblərini göstərər." ("Biharul-ənvar", c.74, səh.80.)
8-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
مَنْ عَـمِلَ عَلى غَـيْرِ عِـلْمٍ كانَ ما يُفْسِدُ اَكْثَرَ مِمّا يُصْلِحُ.
"Elmsiz iş görən, xeyirdən çox zərər yetirər." ("Biharul-ənvar", c.74, səh.150.)
9-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
صِنْفانِ مِنْ اُمَّتى اِذا صَلُحا صَلُحَتْ اُمَّتى وَ اِذا فَسَدا فَسَدَتْ اُمَّتى. قيلَ: يارَسُولَ اللّهِ صلي الله عليه و آله وَ مَنْ هُمْ؟ قالَ صلي الله عليه و آله: الفُـقَهاءُ وَ الأُمَـراءُ
"Əgər ümmətimdən olan iki zümrə əməlisaleh olarsa, ümmətim də əməlisaleh olar, fasid olarsa, ümmətim də fasid olar.” Soruşdular: "Ey Allahın Rəsulu (s)! Onlar kimlərdir?" Həzrət (s) buyurdu: "Alimlər və rəhbərlər." ("Biharul-ənvar", c.74, səh.154.)
10-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
مَنِ اشْتاقَ اِلَى الجَنَّةِ سارَعَ اِلَى الْخَيراتِ، وَ مَنْ خافَ النّارَ تَرَكَ الشَّهَـواتِ،
"Cənnət istəyən xeyir işlərə tələsər və Cəhənnəmdən qorxan nəfs istəklərini tərk edər." ("Məkarimul-əxlaq", səh.44.)
11-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
لِلْمُؤمِنِ عَلَى الْمُؤمِنِ سَبْعَةُ حُقُوقٍ واجِبَةٍ مِنَ اللّهِ عَزَّوَجَلَّ عَلَيه: اَلِأجْـلالُ فى عَيْنِهِ، وَ الْوُدُّ لَهُ فى صَدْرِهِ، وَ المُواساةُ لَهُ فى مالِهِ، وَ اَنْ يُحَـرِّمَ غَيْبَتـَهُ وَ اَنْ يَعُودَهُ فى مَرَضِهِ، وَ اَنْ يُشَيِّـعَ جِـنازَتَهُ وَ اَنْ لايَقُولَ فيهِ بَعْدَ مَوْتِهِ اِلاّ خَيْرا.
"Möminin mömin üzərində Allah-Taala tərəfindən vacib olan yeddi haqqı vardır:
1. Ona ehtiram gözü ilə baxsın; 2. Onu qəlbən sevsin; 3. Onu var-dövlətinə şərik etsin; 4. Qeybətini haram bilsin; 5. Xəstəndikdə, ziyarətinə getsin; 6. Dəfnində iştirak etsin; 7. Ölümündən sonra onun haqqında yaxşılıqdan başqa, bir şey danışmasın." ("Mən-lə yəhzuruhul-fəqih", c.4, səh.398.)
12-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
یُبَاهِی اَللَّهُ تَعَالَى اَلْمَلاَئِکَةَ بِخَمْسَةٍ بِالْمُجَاهِدِینَ وَ اَلْفُقَرَاءِ واَلَّذِینَ یَتَوَاضَعُونَ لِلَّهِ تَعَالَى وَ اَلْغَنِیِّ اَلَّذِی یُعْطِی اَلْفُقَرَاءَ کَثِیراً وَ لاَ یَمُنُّ عَلَیْهِمْ وَ رَجُلٍ یَبْکِی فِی خَلْوَةٍ مِنْ خَشْیَةِ اَللَّهِ عَزَّ وَ جَلَّ
“Allah-Taala beş zümrəni fəxrlə mələklərə göstərər: 1. Mücahidləri (Allah yolunun mübarizlərini); 2. (Dinini dünyaya satmayan) yoxsulları; 3. Allaha görə təvazökarlıq edənləri; 4. Yoxsullara çoxlu və minnətsiz yardım edən varlını; 5. Allah-Taalanın qorxusundan xəlvətdə ağlayan şəxsi.” (“Camiul-əxbar”, c.1, səh.96.)
13-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
کانُوا – یَعنِی الاَنبِیاءَ- یَفزَعُونَ اِذا فَزَعُوا إِلَی الصَّلاةِ
“Peyğəmbərlər narahat olduqları zaman namaza sığınırdılar.” (“Əd-durrul-mənsur”, c.1, səh.67.)
14-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
يَا عَلِيُّ أَرْبَعَةٌ مِنْ قَوَاصِمِ اَلظَّهْرِ إِمَامٌ يَعْصِي اَللَّهَ وَ يُطَاعُ أَمْرُهُ وَ زَوْجَةٌ يَحْفَظُهَا زَوْجُهَا وَ هِيَ تَخُونُهُ وَ فَقْرٌ لاَ يَجِدُ صَاحِبُهُ لَهُ مُدَاوِياً وَ جَارُ سَوْءٍ فِي دَارِ مُقَامٍ
“Ey Əli! Dörd iş (insanın) beli(ni) qırar: 1. Allaha itaətsizlik edən, amma əmrinə itaət olunan rəhbər; 2. Əri himayə edib qoruduğu halda, ərinə xəyanət edən qadın; 3. Yoxsulun çarəsini tapa bilmədiyi yoxsulluğu; 4. Daimi məskunlaşılan evin pis qonşusu.” (“Əl-xisal”, c.2, səh.206.)
Maide.az - Maarif bölümü
@MaideTV
#hədis #gününhədisi #peyğəmbəri_əkrəm
Yorumlar
Yorum Gönder