Kayıtlar

Şubat, 2025 tarihine ait yayınlar gösteriliyor

ZİYANKAR VƏ ƏN ZİYANKAR KƏSLƏR

Resim
  Ayə və rəvayətlərə nəzər saldıqda, aydın olur ki, axirət xoşbəxtliyi yalnız iman və imandan doğmuş əməl sayəsində əldə edilə bilər. Küfr isə, insanı əbədi bədbəxtliyə aparır. Bəzən insan öz nəfsinin və şeytanın təsiri altında bilə-bilə şər işlərə qurşanır, sonra isə peşman olur. Amma elələri də var ki, özünü yaxşı insan hesab etdiyi halda, bir də ayılır ki, cəhənnəmlikdir. Ən ziyankar kəslər belələridir: قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا. الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا. أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ... “ (Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiy...

Şəban ayının son günləri üçün İmam Rzadan (ə) tövsiyələr

Resim
İmam Rza (ə) Əbüssəltə  buyurdu: "Şəban ayının çox hissəsi  geridə qaldı. Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhrələn: 1. Çoxlu  dua və istiğfar et, Quran oxu; 2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan; 3. Kiminsə əmanət və haqqı boynunda qalmasın; 4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart; 5. Təqvalı ol və keçmiş  pis işlərindən çəkin; 6. Aşkar və gizli işlərində  Allaha təvəkkül et; 7. Bu duanı təkrar-təkrar oxu:   اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ Əllahummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şə`bən, fəğfir lənə fimə bəqiyə minhu.   "İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!"   Maide.Az- Maarif bölümü  #şəbanayı   #dua  #q...

Şəban ayının qalan günlərini əldən verməyin..

Resim
  Hazırda yaşadığımız günlər mübarək Şəban ayının son günləri olması baxımından olduqca dəyərlidir. Həmişə yadda saxlamalıyıq ki, Allah-Taalanın bizim üçün yaratdığı fürsətlərdən maksimum istifadə etməliyik. Həmin fürsətlərdən biri də dua, minacat, təvəssül və intizar ayı olan mübarək Şəban ayıdır. Daha bir böyük nemət isə yaxınlaşmaqda olan mübarək Ramazan ayıdır. Yaxşı olar ki, biz artıq Şəban ayında özümüzü Ramazan ayına hazırlamağa başlayaq. Ramazan ayı ilahi ziyafət ayıdır, ilahi ziyafət adlı bir sferaya daxil olmaq üçün isə müəyyən hazırlığa ehtiyac var. Yaxşı olar ki, biz Şəban ayından başlayaraq özümüzdə bu hazırlığı təmin edək. Siz gənclərin işi bizdən daha asandır. Qəlbi saf, təmiz olan, insanın zamanla bulaşdığı çirkinliklərə hələ bulaşmamış gənclər daha hazırlıqlı olur. Qoy onlar bu hazırlığın, mübarək Şəban ayının bu dualarının, xüsusilə də imamlardan (ə) nəql olunmuş məşhur “Şəbaniyyə” minacatının qədrini bilsinlər. Bir vaxtlar mən İmam Xomeynidən soruşdum ki, Əhli-Be...

İMANIN ƏN MÖHKƏM DƏSTƏYİ NƏDİR?

Resim
Şagirdlərdən heç biri möhtərəm müəllimin irəli sürdüyü sualı düzgün cavablandırmadı. Hərə bir cavab versə də, qəbul edilmədi. O böyük müəllimin, yəni Peyğəmbəri-Əkrəmin (s) öz səhabələrinə verdiyi sual belə idi: أىُّ عُرَى الایمانِ أوثَقُ؟ “İmanın ən möhkəm dəstəyi nədir?” Səhabələrin hərəsi bir cür cavab verdi: فَقالُوا: اَللّه  ورَسُولُهُ أعْلَم، وقال بَعضُهُم: الصَّلاةُ وَقالَ بعضُهُم: الزَّکاةُ وَقال بَعضُهُم: الصِّیامُ وَقال بَعضُهُم: الحجُّ وَالعُمْرَةُ وَقال بَعضُهُم: الجهاد، “Bəziləri “Allah və Onun Rəsulu daha yaxşı bilir”, bəziləri “namaz”, bəziləri “zəkat”, bəziləri “oruc”, bəziləri “həcc və ümrə”, bəziləri isə “cihad” deyə dilləndi.” Lakin Peyğəmbəri-Əkrəm (s) onların cavabında “xeyr” deyərək cavabların doğru olmadığını söylədi. Sonda səhabələr tərəfindən istənilən doğru cavab verilmədikdə, Həzrət özü buyurdu: لِکُلِّ ما قُلتُم فَضْلٌ وَلَیْسَ بِهِ، ولکِنِّ أوثَقُ عُرَى الإیمانِ اَلحُبُّ فِى اللّه  وَالْبُغْضُ فِى اللّه  وَتَوالى اَوْلیاءِاللّه  والتَّبَّ...

ƏN YAXŞI DOST KİMDİR?

Resim
  Münasib dostu seçməyin çətinliyi, yaxşı və pis dostun insana göstərə biləcəyi mənfi və müsbət təsirləri nəzərə alaraq, İslam qaynaqlarında dostu seçməyin meyarlarını bəyan edən fəsillərə yer verilmiş, əxlaq ustadları münasib dostun xüsusiyyətlərini sadalamışlar. O cümlədən, Allah Rəsulundan (s) soruşanda ki, ən yaxşı dost kimdir, cavabında buyurur: مَنْ ذَكَّرَكُمْ بِاللَّهِ رُۆْیَتُهُ وَزَادَكُمْ فِی عِلْمِكُمْ مَنْطِقُهُ وَذَكَّرَكُمْ بِالاْخِرَةِ عَمَلُهُ “O kəsdir ki, görüşü Allahı sizə xatırladır, danışığı elminizi artırır və əməli axirəti sizin yadınıza salır.”  (“Biharul-ənvar”, 71-ci cild, səh.186.) Həzrət İsanın (ə) səhabələri ondan soruşanda ki, kiminlə oturub-duraq, cavabında deyir:  “O kəslə oturub-durun ki, onu görməyiniz Allahı sizin yadınıza salsın, əməli sizi axirətə müştaq etsin və elmi sizin əqlinizi, məntiqinizi artırsın.”  Həmçinin onlara buyurur:  “Günah əhlindən uzaqlaşmaqla Allaha yaxınlaşın, günahkarlarla düşmən olmaqla Allahla dost olu...

İmam Zamanla (ə.c.) qısa tanışlıq

Resim
İstisnasız olaraq bütün İslam firqələri “axir zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib dünyanı haqq-ədalətlə dolduracağı barədə təsəvvürə malikdir. Peyğəmbərin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətlər onların kitablarında nəql edilmiş, bu haqda şiə və sünni alimləri tərəfindən kitablar yazılmışdır. Həmin rəvayətlər müəyyən məzhəbə xas olmayaraq, bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir. Hətta “vəhhabi” kimi ən təəssübkeş firqə də onu qəbul edir və bu hədislərin “mütəvatir” olduğunu təsdiqləyir. Tarixi mənbələrdə göstərilir ki, o Həzrət (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir və hal-hazırda yaşayır. Adı “Muhəmməd”, künyəsi “Əbülqasim”, ləqəbi “Mehdi”, “Sahibəzzaman” və “Qaim”dir. O Həzrət həyatda olduğu halda, gözlərdən gizlidir və elə bu dünyada təbii həyat sürsə də, heç kim onu tanımır. Һörmәtli atası on birinci imamımız İmam Həsən Əskəri (ə), an...

İmam Mehdi (ə.c) kimdir?

Resim
Şiə etiqadına əsasən, İmam Həsən Əskərinin (ə) oğlu İmam Mehdi (ə) İslam Peyğəmbərinin (s) on ikinci canişinidir. Adı “Muhəmməd”, künyəsi “Əbülqasim”, ləqəbi “Mehdi”, “Sahibəzzaman”, “Qaim”, “Bəqiyyətullah“ və “Huccət“dir. O həzrət 255-ci hicri-qəməri ilində dünyaya gəlmiş, hal-hazırda yaşayır və min ildən çox yaşı vardır. Həyatda olmağına baxmayaraq, gözlərdən gizlidir və elə bu dünyada təbii həyat sürsə də, heç kim onu tanımır. Lakin bəzi İslam firqələrinin etiqadına əsasən, Mehdi (ə) İslam Peyğəmbərinin (s) nəslindən olduğu halda, axır zamanda dünyaya göz açacaqdır. Həmin firqələr onun böyük qeyb dövründə yaşaması və uzunömürlü olmasına etiqadlı deyillər. Əlbəttə, əhli-sünnənin bir qrupu da onu İmam Həsən Əskərinin (ə) oğlu hesab edir.  İmam Zamanla (ə) bağlı əhli-sünnə rəvayətləri də, əksərən, ümumi xarakter daşıyır. “Mehdi ləqəbli şəxs Peyğəmbərin (s) nəslindəndir və adı (Muhəmməd) o həzrətin adı ilə eynidir...” – ifadəsi ilə nəql olunan rəvayətləri istisna etməklə, bütün rəva...

İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA İMAM MEHDİ (Ə.C.)-1

Resim
İmam Hüseyn (ə) müxətlif yerlər və münasib fürsətlərdə axır zamanda baş verəcək böyük tarixi hadisədən – imam Mehdinin (ə) qiyamı və xüsusiyyətlərindən, zühur əlamətləri və mərhələlərindən söz açmışdır. O həzrət imam Mehdinin (ə.c.) dünyaya gəlişindən illər öncə qeyb dönəmindən söz açaraq buyurmuşdur: قائِمُ هذِهِ الْامَّةِ هُوَ التَّاسِعُ مِنْ وُلْدی وَ هُوَ صاحِبُ الْغَیبَةِ وَهُوَ الَّذی یقْسَمُ میراثُهُ وَ هُوَ حَی “Bu ümmətin Qaimi mənim doqquzuncu övladımdır. O, qeybdə yaşayacaq və mirası sağ ikən bölüşdürüləcək.” Şəhidlər sərvəri imam Hüseyn (ə) imam Mehdinin (ə.c.) kiçik və böyük qeyb dövrünə işarə edərək buyurmuşdur: لِصاحِبِ هذاالْامْرِ غَیبَتانِ احْداهُما تَطُولُ حَتَّی یقُولَ بَعْضُهُمْ: ماتَ، وَ بَعْضُهُمْ: قُتِلَ وَ بَعْضُهُمْ: ذَهَبَ. وَلا یطَّلِعُ عَلی مَوْضِعِهِ احَدٌ مِنْ وَلی وَلا غَیرِهِ الَّا الْمَولی الَّذی یلی امْرَهُ؛ “Zəmanə sahibinin iki qeyb dövrü olacaq: onlardan biri uzun çəkəcək. Belə ki bəziləri onun dünyadan köçdüyünü, bəziləri qətlə yetirildiyini, bəzil...

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Resim
  Mübarək Şəban ayının 15-ci gününün gecəsi (Fevral ayının 13-ündən 14-nə keçən gecə) çox mübarək bir gecədir.    İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Ş‏əban ay‎ını‎n 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həmin gecə Allah-Taala bəxşiş qap‎ısı‎nı‎ Öz bəndələrinin üzünə açar, onları‎ Öz kərəm və lütfü ilə bağış‎‏layar. Bu gecə Allaha daha da yaxı‎n olmağınız üçün çalışın. Bu elə bir gecədir ki, Allah-Taala Öz müqəddəs zat‎ına and içmi‏dir ki, günahdan ba‏şqa, hər bir ş‏eyi Ondan diləyənin əlini bo‏ş qaytarması‎n. Bu, elə bir gecədir ki, Allah-Taala “Qədr gecəsi”ni Peyğəmbər (s) üçün qərar verdiyi kimi, bu gecəni də bizim üçün qərar vermi‏şdir. Elə isə həmin gecəni Allaha çoxlu həmd-səna və dua edin!”   Həmçinin Peyğəmbər (s) zövcəsi Ayişəyə buyurmuşdur: “Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecə ruzilər bölüş...

İMAM MEHDİ (Ə) VƏ XÜSUSİ NAİBLƏR (VƏKİLLƏR)

Resim
İmam Həsən Əskəri (ə) 260-cı h.q. ilində vəfat etdikdən dərhal sonra “qeybəti-süğra” (kiçik qeyb dövrü) başlandı və imam Mehdinin (ə) son naibinin vəfat etdiyi 329-cu ilə qədər davam etdi. Ondan sonra da “qeybəti-kübra” (böyük qeyb dövrü) başladı. Kiçik qeyb dövründə imam Mehdi (ə) xüsusi dörd naibinin vasitəsilə şiələrlə əlaqə saxlayır, onların iqtisadi, etiqadi və fiqhi-dini məsələlərini həll edirdi. O həzrətlə şiələr arasındakı vasitələr dörd nəfərdən ibarət idi. Onlar bu ağır vəzifəni qəbul etmiş və imam Mehdinin (ə) “xüsusi naibləri” adı ilə tanınmışdılar. Həmin naiblər müxtəlif şəhərlərdəki şiə nümayəndələri ilə əlaqə saxlayır, şiələrin məktub və istəklərini o həzrətə çatdırırdılar. İmam Mehdi (ə) də məktub vasitəsilə onları cavablandırırdı. O həzrətin xüsusi naiblərinin adları və o həzrətin əmri ilə gördükləri işlərnə qısa şəkildə nəzər yetirək: 1. OSMAN İBN SƏİD ƏMRİ SƏMMAN O, imam Mehdinin (ə) ilk naibidir və siyasi-məzhəbi fəaliyyətlərini gizli saxlamaq məqsədilə yağ ticarəti...

İMAM MEHDİNİN (Ə) ҺӘYATINA QISA BİR BAXIŞ

Resim
On ikinci imamımız, Peyğәmbәri-Әkrәmin (s) son canişini imam Mehdi (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü, dan yeri sökülәn zaman İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir. Hörmәtli atası, şiələrin on birinci imamı һәzrәt Həsən Əskəri (ə), anası isə Nərgis xatundur vә onun kimliyi haqda müxtәlif rəvayətlər nəql edilmişdir. Bir rəvayətə görə; o, Rum imperatorunun oğlu “Yəşua”nın qızıdır. Onun da anası һәzrәt İsanın (ә) vәsisi Şәmunun nəslindəndir. Rəvayətlərә görə, qәribә bir yuxu nəticəsində müsəlman olmuşdur. Müsəlmanlara qarşı döyüşә keçən Rum ordusuna qoşulur və nəhayət, dostları ilə birlikdə müsəlmanlara әsir düşür. İmam Hadi (ə) bir nəfəri göndәrir ki, onu alıb Samarraya gətirsin. Bununla bağlı müxtәlif rəvayətlər nəql olunsa da, diqqәti cәlb edәn әn önəmli mәsәlә Nərgis xatunun imam Hadinin (ә) bacısı Hәkimənin evində qalıb, ondan dini tәlim-tәrbiyә alması vә Һәkimə xanımın ona böyük һörmәt bәslәmәsidir. (“Biharül-ənvar”, c. 5, h. 29, s. 22 və h. 14, s. 11.)...