Şəban ayının son günləri üçün İmam Rzadan (ə) tövsiyələr
İmam Rza (ə) Əbüssəltə buyurdu: "Şəban ayının çox hissəsi geridə qaldı. Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhrələn:
1. Çoxlu dua və istiğfar et, Quran oxu;
2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan;
3. Kiminsə əmanət və haqqı boynunda qalmasın;
4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart;
5. Təqvalı ol və keçmiş pis işlərindən çəkin;
6. Aşkar və gizli işlərində Allaha təvəkkül et;
7. Bu duanı təkrar-təkrar oxu:
اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ
Əllahummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şə`bən, fəğfir lənə fimə bəqiyə minhu.
"İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!"
Maide.Az- Maarif bölümü
#şəbanayı #dua #quran #təqva
Yorumlar
Yorum Gönder