Kayıtlar

Ocak, 2025 tarihine ait yayınlar gösteriliyor

NAMAZIN MÜQƏDDİMƏSİ - Haqq yolçusunun paklanmaq üçün suya yaxınlaşan zaman riayət etməli olduğu mənəvi qaydalar

Resim
"Adabus-səlat" kitabından Biz bu hissədə iman əhlinin saf qəlbinin nuranilik əldə etməsi üçün "Misbahüş-şəriət" kitabında olan mübarək hədisi nəql edərək onun tərcüməsini yazacağıq. في مصباح الشريعة قال الامام الصادق عليه السلام : اذا أردت الطهارة والوضوء فتقدم إلى الماء تقدمك إلى رحمة الله فإن الله تعالى قد جعل الماء مفتاح قربته ومناجاته ودليلاً على بساط خدمته ، و كما أن رحمة الله تطهر ذنوب العباد كذلك النجاسات الظاهرة يطهرها الماء لاغير. قال الله تعالى : هو الذي أرسل الرياح بشرا بين يدى رحمته وأنزلنا من السماء ماء طهورا. وقال الله تعالى : وجعلنا من الماء كل شيء حتي أفلا يؤمنون فكما احيا به كل شيء من نعيم الدنيا كذلك برحمته وفضله جعل حياة القلوب الطاعات. وتفكر في صفاء الماء ورقته و ظهره وبركته ولطيف امتزاجه بكل شيء. واستعمله في تطهير الاعضاء التي أمرك الله بتطهيرها (خل و تعبدك بادائها وأت بآدابها في فرائضه و سننه. فإن تحت كل واحدة منها فوائد كثيرة، فاذا استعملتها بالحرمة انفجرت لك عيون فوائده عن قريب ثم عاشر خلق الله كامتزاج الماء بالاشياء يؤدي كل شيء حقه ولا يتغير...

Mübarək Şəban ayının müştərək əməlləri

Resim
31 yanvar 2025-ci il Şəban ayının ilk günüdür!  Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur: 1 . Oruc tutmaq:  İmam Sadiqdən (ə) Rəcəb ayının orucu barədə soruşulduqda, o həzrət buyurdu: “Niyə Şəban ayının orucundan qafilsiniz (və Şəban ayının orucu haqda bir şey soruşmursunuz)?!” Soruşdular: “Ey Peyğəmbərin övladı! Şəban ayında bir gün oruc tutan şəxsin savabı nədir?” Buyurdu: “Allaha and olsun, onun savabı Cənnətdir.” 2. S ədəqə vermək:  İmam Sadiqdən (ə) soruşdular: “Ey Peyğəmbərin övladı! Bu ayda (Şəban ayında) ən yaxşı əməl nədir?” Buyurdu: “Sədəqə vermək və istiğfar etmək (Allahdan günahların bağışlanılmasını diləmək)...” 3. İstiğfar (tövbə) etmək:  Belə ki, Şəban ayının hər günü yetmiş dəfə  أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ  (Əstəğfirullahə və əs`əluhut-təvbəh – Allahdan b...

Mübarək Şəban ayının fəzilətləri

Resim
M übarək Şəban ayı yaxınlaşır. Peyğəmbəri - Əkrəm  (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdə Şəban ayının çox şərafətli və onun Peyğəmbəri-Əkrəmə (s) məxsus bir ay olduğu bildirilir. O həzrət buyurur: “Şəban ayı mənim ayım, Ramazan ayı isə Allahın ayıdır.” Odur ki, o həzrət bu ayı oruc tutar və buyurardı: “Hər kim mənim ayımda bir gün belə oruc tutsa, Cənnət ona vacib olar.” İmam Sadiqdən (ə) nəql olunur ki, İmam Zeynəlabidin (ə) Şəban ayı səhabələrini ətrafına toplayıb buyurardı: “Ey mənim səhabələrim! Heç bilirsiniz ki, bu hansı aydır!? Şəban ayıdır. Peyğəmbər (s) buyurardı: “Şəban mənim ayımdır. Öz peyğəmbərinizə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq məqsədilə bu ayda oruc tutun! Əli ibn Hüseynin canı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibn Əlinin (ə) Əmirəlmöminin Əlidən (ə) belə buyurduğunu eşitdim: “Hər kəs Peyğəmbərə (ə) məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq naminə bu ayda oruc tutarsa, Allah onu Özünə yaxın bilər, qiyamət günü Öz kəramətindən ona...

Şəban ayında oruc tutmaq böyük günahların kəffarəsidir

Resim
  Şəban ayında oruc tutmaq böyük günahların kəffarəsidir: حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ قَالَ حَدَّثَنَا جَعْفَرُ بْنُ سَلَمَةَ الْأَهْوَازِيُّ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ الثَّقَفِيُّ قَالَ أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مَيْمُونٍ قَالَ حَدَّثَنَا عَنْهُ ع: «صَوْمُ شَعْبَانَ كَفَّارَةُ الذُّنُوبِ الْعِظَامِ حَتَّى لَوْ أَنَّ رَجُلًا بُلِيَ بِدَمٍ حَرَامٍ فَصَامَ مِنْ هَذَا الشَّهْرِ أَيَّاماً وَ مَاتَ رَجَوْتُ لَهُ الْمَغْفِرَةَ». قَالَ: قُلْتُ: فَمَا أَفْضَلُ الدُّعَاءِ فِي هَذَا الشَّهْرِ؟ فَقَالَ (ع): الِاسْتِغْفَارُ. إِنَّ مَنِ اسْتَغْفَرَ فِي شَعْبَانَ كُلَّ يَوْمٍ سَبْعِينَ مَرَّةً كَانَ كَمَنِ اسْتَغْفَرَ فِي غَيْرِهِ مِنَ الشُّهُورِ سَبْعِينَ أَلْفَ مَرَّةٍ. قُلْتُ: فَكَيْفَ أَقُول؟ قَالَ: قُلْ: «أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ». İmam Cəfər Sadiq (ə) buyurur: “Şəban ayının orucu böyük günahların kəffarəsidir. Hətta haram qana düşmüş bir n...

NAMAZIN MÜQƏDDİMƏSİ - Paklığın növləri-2

Resim
 İnsan nə qədər ki, bu təbiət aləmində və çirkin maddiyyat mənzilindədir, ilahi qüvvə və İblis güclərinin təsiri altında olacaq. İlahi qüvvə mərhəmət, salamatlıq. xoşbəxtlik, nur, paklıq və kamal qüvvələridir. İblisin gücləri isə bunların əksidir. İlahi qüvvələr şeytani qüvvələrdən üstün olduğu üçün yaradılışın əvvəlində insan fitri və ilahi nuranilik, salamatlıq və xoşbəxtliyə malik olur. Bu haqda müqəddəs hədislərdə tam aşkar, Allahın kitabında isə üstüörtülü şəkildə işarə edilmişdir. (O cümlədən, ayələrin birində buyurulur: فَأَقَمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ اللَّهُ الَّتِي فَطَرَ النَّاسَ عَلَيها  ("Haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah insanla hamin fitri din əsasında yaratmışdır." "Rum surəsi, ayə 30. Həmçinin, "Biharul-ənvar", c.3, səh.276 və c.64, səh.130.) İnsan nə qədər ki, bu dünyadadır, öz ixtiyarı ilə iki qüvvədən birinin hökmranlığı altına düşə bilər. Buna görə də, əgər yaradılışın əvvəlindən sonuna...

PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN (S) 14 HƏDİS-7

Resim
 1-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: خَصْلَتَانِ لَيْسَ فَوْقَهُمَا مِنَ الْبِرِّ شَيْ‏ءٌ: الْإِيمَانُ بِاللَّهِ وَ النَّفْعُ لِعِبَادِ اللَّهِ “Yaxşı işlər içərisində iki xüsusiyyətdən ən üstünü yoxdur: “Allaha iman gətirmək və Allah bəndələrinə fayda vermək.”” (“Təhful-əqul”, səh.35.) 2-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: وَ خَصْلَتَانِ لَيْسَ فَوْقَهُمَا مِنَ الشَّرِّ شَيْ‏ءٌ: الشِّرْكُ بِاللَّهِ وَ الضَّرُّ لِعِبَادِ اللَّهِ “Pis işlər içərisində iki xüsusiyyətdən ən pisi yoxdur: “Allaha şərik qoşmaq və Allah bəndələrinə zərər yetirmək.”” (“Təhful-əqul”, səh.35.) 3-Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: لَيْسَ بِخَيْرِكُمْ مَنْ تَرَكَ دُنْيَاهُ لِأَخِرَتِهِ وَلاَ آخِرَتُهُ لِدُنْيَاهُ حَتَّى يُصِيْب مِنْهُمَا جَمِيعًا فَإنَّ الدُّنْيا بَلاَغ إِلَى الأَخِرَةِ وَلاَتَكُوْنُوا كَلاَّ عَلَى النَّاسِ “Sizin ən yaxşınız dünyasını axirəti üçün, axirətini də dünyası üçün tərk edən şəxs deyil, əksinə o şəxsdir ki, hər ikisindən birgə nəsibini qazansın. Həqiqətən, dünya axirət üçün bir vasitədi...

İSLAMIN HƏQİQİ TARİXİ – “MƏBƏS” GÜNÜ

Resim
 Şübhəsiz, İslamın həqiqi tarixi İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün başlayır. Elə bir gün ki, İslam Peyğəmbəri (s) insanların hidayəti, doğru yola yönəlməsi, təkamül və səadətə yetməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah!” (Həqiqətən, sən Allahın Rəsulusan!) – nidası ilə böyük vəzifə və ağır məsuliyyəti öhdəsinə aldı. Tarixi mənbələrdə göstərilir ki, İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də elə “Hira” mağarasında ikən vəhy mələyi Cəbrail-Əmin Allah tərəfindən bir “lövhə” ilə nazil oldu və lövhəni o həzrətin müqabilində tutub dedi: “İqrə`”, yəni “Oxu!”. Peyğəmbər (s) dərs oxumadığı üçün, “Mən oxumağı bacarmıram!” – deyə cavab verdikdə, vəhy mələyi o həzrəti möhkəm sıxdı və o həzrətə “Oxu!” – deyə müraciət etdi. Vəhy mələyi yenə ilk cavabı eşitdikdə, Həzrəti bir dəfə də sıxdı. B...

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Resim
  Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan) ziyarət etmək istəsən, qüsl etdikdən sonra diqqətini o Həzrətə yönəlt və de: أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَنَّهُ سَيِّدُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَّهُ سَيِّدُ الْأَنْبِيَاءِ وَ الْمُرْسَلِينَ اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ Oxunuşu: Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnəhu səyyidul əvvəlinə vəl axirin, və ənnəhu səyyidul ənbiyai vəl mursəlin, Əllahummə səlli ələyhi və əla əhli bəytihil əimmətit təyyibin. Tərcüməsi: Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur. Həqiqətən, o, əvvəldə və axırdakıların, peyğəmbərlər...

Peyğəmbəri-Əkrəmdən (s) 40 hədis

Resim
  1. İman nədir?: Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: اَلایمانُ اِقرارُ بِاللِّسانِ وَ مَعرِفَةُ بِالقَلبِ وَ عَمَلُ بالاَرکانِ “İman dildə iqrar etmək, qəlbən (Allahı) tanımaq və bədən üzvləri ilə əməl etməkdir.” (“Biharul-ənvar”, c.69, səh.64.) 2. İlahi məğfirət səbəbi: Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مِنْ مُوجِبَاتِ مَغْفِرَةِ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى إِطْعَامُ الطَّعَامِ “(Başqalarına) təam vermək Аllаhın lütf vә mәğfirәtinә sәbәb оlаn əməllәrdәndir.” (“Bihаrul-әnvаr”, c.71, sәh.361.) 3. Dörd bәdbәхtlik nişаnәsi: Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: يَا عَلِيُّ، اَربَعُ خِصالٍ مِنَ الشَّقاوَةِ جُمُودُ العَينِ وَقَساوَةُ الْقَلبِ وَبُعدُ الاَمَلِ وَحُبُّ البَقاءِ “Еy Әli! Dörd şеy bәdbәхtlik nişаnәsidir: 1. göz yаşının qurumаsı; 2. qәlbin qәsаvәt bаğlаmаsı (daşlaşması); 3. аrzulаrın uzun-uzadı olması; 4. dünyаdа dаimi qаlmаq sevgisi. (“Mәn lа yәhzuruhul-fәqih”, c.4, sәh.360.) 4. Qızıl tövsiyələr: Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ تَوَاضَعَ لِلَّهِ رَفَعَهُ اللَّهُ وَ مَنْ...

Rəcəb ayının 27-ci gününə məxsus əməllər

Resim
Rəcəb ayının 27-ci günü (Yanvar ayının 28-i)  Peyğəmbəri - Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik edir və həmin günə məxsus əməlləri diqqətinizə çatdırırıq: 1 . Qüsl etmək;  Peyğəmbəri - Əkrəm (s) buyurmuşdur: “Bu günü (Məbəs gününü) Allah-Taala müsəlmanlara bayram elan etmişdir. Həmin günü qüsl edin”. (“Cəvahirul-kəlam”, Məhəmmədhəsən Nəcəfi, 5/36.) 2 . Oruc tutmaq; İmam Sadiq (ə) buyurmuşdur: مَنْ صَامَ سَبْعَةً وَ عِشْرِينَ مِنْ رَجَبٍ كُتِبَ لَهُ أَجْرُ صِيَامِ سَبْعِينَ سَنَةٍ “Hər kəs Rəcəb ayının 27-ci gününü oruc tutarsa, Allah-Taala onun üçün yetmiş il orucun savabını yazacaqdır.” O həzrət başqa bir hədisdə belə buyurmuşdur: لَا تَدَعْ صِيَامَ يَوْمِ سَبْعَةٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ فَإِنَّهُ الْيَوْمُ الَّذِي نَزَلَتْ فِيهِ النُّبُوَّةُ عَلَى مُحَمَّدٍ (ص) وَ ثَوَابُهُ مِثْلُ سِتِّينَ شَهْراً لَكُمْ؛ “Rəcəb ayının 27-ci günün orucunu unutmayın ki, bu gün həzrət Muhəmm...